Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİN-dən İlqar Məmmədovun saxlanılması xəbərinə reaksiya

"Bu gün MSK-nın binası önündə saat 15:00-a gözlənilən razılaşdırılmamış aksiyaöncəsi REAL partiyasının sədri İlqar Məmmədovun, D18 hərəkatının rəhbəri Ruslan İzzətlinin və bir neçə fəalın polis tərəfindən saxlanılmaları barədə xəbərlər məlumatlar reallığı əks etdirmir, çünki hazıra qədər paytaxtdakı polis idarələrinə və bölmələrinə heç kəs gətirilməyib".

İlqar Məmmədov İlqar Məmmədov

Bunları Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

Ehsan Zahidov Ehsan Zahidov

"Ola bilər profilaktiki tədbirlər zamanı kimlərsə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. Bu da onların saxlanılması anlamına gəlməməlidir. Yeri gəlmişkən xatırladım ki, dünən xəbər verdiyimiz kimi razılaşdırılmamış istənilən aksiyanın baş tutmasına imkan verilməyəcək və qarşısı polis tərəfindən alınacaq", - deyə o qeyd edib. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »