Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın “cəhənnəm silahı” Suriyanın şimal-şərqinə göndərildi

Suriyanın şimal-şərqində, hazırda şiddətli döyüş əməliyyatlarının getdiyi İdlib bölgəsində Rusiyanın TOS-1A “Solntsepyok” ağır odsaçan maşınları görünüb.

Sosial şəbəkələrdə yayılmış görüntülərə əsasən TOS-1A “Solntsepyok” maşınlarını daşıyan qoşqular İdlib istiqamətində hərəkət edir. Həmin texnika Suriyanın qərbindən daşınıb. Bölgəyə azı 3-4 ağır odsaçan maşınlarının göndərildiyi bildirilir.

Bu yerdəyişmə Türkiyənin Suriya ordusu ilə birbaşa hərbi toqquşmadan sonra İdlibə çoxsaylı ağır texnika və canlı qüvvə yeritməsinin ardınca baş verir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xəbərdarlıq edib ki, türk əsgərlərinə atəş açılması halında Əsəd rejimi qüvvələrini təkcə Suriyanın şimalındakı deeskalasiya zonasında deyil, “hər yerdə” vuracaqlar.

Azərbaycan da daxil olmaqla cəmi bir neçə ölkənin silahlanmasında yer alan TOS-1A “Solntsepyok” ağır odsaçanları öz dağıdıcı gücünə görə “cəhənnəm silahı” da adlandırılır. Bir yaylım atəşi ilə 40 min kvadratmetr sahədə hər şeyi yandırıb kül edir. Rusiya bu silahları bir neçə il əvvəl Suriya ordusuna verib və Əsəd qüvvələri həmin silahdan İŞİD qüvvələrinə qarşı döyüşlərdə istifadə edib. (Virtualaz.org)

Paylaş »
››› Bayden çoxdan gözlənilən qərarı verdi: Rusiya ordusunu çətin günlər gözləyir
››› Putinin yaxın adamı "satdı", Ukraynanın keçmiş prezidenti sərhəddə saxlanıldı
››› "Rusiya gəmilərini “Harpun”la vuracağıq və buğda ixracı bərpa olunacaq"
››› Bayden yenə Putinin ünvanına sərt sözlər səsləndirib
››› Putinin heç vaxt olmayan "oğlu": "Ukrayna bitdi"
››› "Gizli referendum" haqda açıq söhbət
››› ABŞ və Avropa razılaşa bilmir: Müharibədə kim qalib gəlsin...
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »