Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan növbəti hərbi qiyamdan danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində yenidən hərbi çevrilişə cəhd olunacağı barədə yayılan məlumatlara münasibət bildirib.

Ərdoğan türk millətinin hərbi çevrilişlə bağlı hadisələrdə təcrübəli olduğunu deyib:

“Belə hal yaşanarsa, Türkiyə xalqı “qapıdan çıxaq, yoxsa çıxmayaq” deməz. Hər kəs əlində nə var, nə yox, meydanlara axışar. Bunun ən gözəl cavabını 15 iyulda verdik. Bundan sonra da millətimin eyni şəkildə cavab verəcəyinə inancım tamdır”.

Xatırladaq ki, Türkiyədə 2016-cı il 15 iyul tarixində İstanbul və Ankarada dövlət çevrilişinə cəhd zamanı 104-ü qiyamçı əsgərlər olmaqla, 300-dən artıq insan həyatını itirmiş, 1491 nəfər isə yaralanmışdı. (Axar.az)

Son xəbərlər
Bütün xəbərlər »