Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyev Nikol Paşinyanı necə məğlub etdi?
Ilham - Paşinyan Münhen
Münhendə Azərbaycan və Ermənistan rəhbərləri arasında debat baş tutdu. Azərbaycan Prezidenti İlham Əliyev bu debatda Ermənistan baş naziri Nikol Paşinyandan üstün idi. Erməni baş nazir bir-birinin ardınca səhvlərə yol verdi. Birinci səhv bundan ibarət idi ki, Dağlıq Qarabağ ayrıca bir dövlətdir. O, BMT Təhlüləsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə erməni qoşunlarının Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz çıxarılmasına dair müddəanı yanlış şərh etdi. O qətnamələrdə guya Ermənistan qoşunlarının deyil, Dağlıq Qarabağın ermənilərinin hərbi qüvvələrinin çıxarılmasının tələb edildiyini dedi. Prezident İlham Əliyev iki hissəli arqumentlə onun tezisini darmadağın etdi. Birincisi, təkcə Dağlıq Qarabağın deyil, ətraf 7 rayonun da işğal olunduğunu və orada yerləşdirilən hərbi qüvvələrin 80 faizinin Ermənistan hərbi qulluqçularının təşkil etdiyini dedi. İlham Əliyev Azərbaycan əsgərinin də, Ermənistan əsgərinin də Qarabağda Azərbaycan ərazisində öldüyünü dedi. Bu məntiq qarşısında Ermənistan baş naziri çətin duruma düşdü və özünün daha əvvəl dediyi fikirləri təkzib edən və Azərbaycan Prezidentinin fikrini təsdiq edən faktlar gətirdi:

Birincisi, Dağlıq Qarabağ ermənilərinin guya özlərini müdafiə etmək üçün Ermənistandan kömək istədiyini dedi. Halbuki, BMT TŞ qətnaməıəri Dağlıq Qarabağın ətrafındakı rayonların işğalından başlayaraq qəbul olunurdu; Paşinyanın çaşqın "məntiq"inə görə, ermənilər Dağlıq Qarabağdan kənarda əraziləri işğal etdikləri üçün (!) müdafiəyə ehtiyac duyublar və Ermənistan ordusunu köməyə çağırıblar və yenə həmin "məntiq"ə görə, BMT TŞ yerli ermənilərdən işğal etdikləri ərazilərdən çıxmağı tələb edib, ancaq başqa ölkədən "köməyə gəlmiş" xarici qoşunların çıxmağını tələb etməyib (!).

İkincisi, Nikol Paşinyan öz oğlunun da könüllü olaraq Dağlıq Qarabağda hərbi xidmətə getdiyini söylədi. Ermənistan qoşunları Azərbaycan ərazisində deyilsə, onun oğlu niyə və necə gedib həmin əraziyə?! Paşinyan İlham Əliyevin dediyi fikirləri təkzib etmək istəyərkən, əslində təsdiqləmiş oldu. Bu çaşqınlıq içində o, Dağlıq Qarabağa heç bir aidiyyəti olmayan keçmiş Şaumyan rayonunu həmin bölgənin tərkib hissəsi kimi təqdim edib, Prezident Əliyevin operativ müdaxiləsindən sonra üzr istəyib geri çəkilməyə məcbur olub.

Nikol Paşinyanın daha bir "arqument"i isə Dağlıq Qarabağ ermənilərinin sülh danışıqlarında tərəf kimi iştirak etməsi, hətta Azərbaycanın guya Dağlıq Qarabağı tərəf kimi qəbul edərək onunla saziş bağlaması haqda idi. Əslində nəinki Azərbaycan, heç Ermənistan özü qondarma separatçı rejimi müstəqil tərəf kimi tanımır. Ermənistan qondarma rejimi müstəqil dövlət kimi tanımayıbsa, onun danışıqlarda ayrıca tərəf kimi hansı məntiqlə tələb edir?! Üstəlik, İlham Əliyevi Dağlıq Qarabağın nümayəndələri ilə danışıqlardan "yayınmaqda" ittiham etdi. Prezident Əliyev dedi ki, Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxdıqdan, köçkünlər öz torpaqlarına qayıtdıqdan, yəni Qarabağ üzərində Azərbaycan dövlətinin suverenliyi bərpa olunduqdan sonra həmin bölgənin nümayəndələri ilə görüşlər, təmaslar olacaqdır. Dağlıq Qarabağla müqavilələr imzalanması haqda Paşinyanın iddiaları da burda tutarsız qaldı. Əvvəla, Paşinyan bir yandan Azərbaycanın Dağlıq Qarabağ erməniləri ilə təmasdan yayındığını deyir, o biri tərəfdən, onlarla saziş imzaladığını söyləyir (özünütəkzibin daha bir nümunəsi də bu oldu). İkincisi, həmin sazişlər Ermənistanla Azərbaycan arasında imzalanıb (atəşkəs sazişi və atəşkəsin davam etdirilməsinə dair razılaşma). Bu razılaşmalarda Dağlıq Qarabağdakı erməni separatçı rejimi tərəf kimi imza atmayıb, orda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının rəhbərlərinin imzası qoyulub. Beləliklə, Paşinyanın daha bir "arqument"i darmadağın edilib.

Paşinyan, başqa bir iddia da irəli sürüb və Azərbaycan Prezidentinin sərt və tutarlı cavabı ilə çıxılmaz vəziyyətə düşüb. O, Qarabağda ermənilərin tarixi irslərindən danışmağa çalışıb. Bu zaman İlham Əliyev hətta Dağlıq Qarabağın mərkəzi şəhərinin adının Xankəndi olduğunu, ermənilərin isə onu bolşevik Stepan Şaumyanın şərəfinə "Stepanakert" adlandırdıqlarını əsas gətirib. "Xankəndi" sözünün Qarabağın azərbaycanlı xanlıq idarəçilik dövründən qaldığını, "Stepanakert" adının isə Sovet bolşevizmi dövrünə aid olduğunu vurğulayan Əliyevin ətraflı və tutarlı şərhi qarşısında Paşinyanın deməyə sözü olmadı. Ermənistan qoşunlarının Qarabağda etnik təmizləmə apardığına dair İlham Əliyevin gətirdiyi faktlar da Paşinyanı tamamilə çaşdırdı. Nikol Paşinyanın lap sonda bölgədə tarixən ermənilərin və gürcülərin yaşadığını deməsi isə təkcə Prezident Əliyevin deyil, moderatorun və jurnalistlərin də gülüşünə səbəb oldu. Bu, debatda Ermənistan baş nazirinin tam məğlubiyyətini təsbitlədi.

Bizim Yol

Paylaş »
››› Azərbaycanda koronavirus statistikası və obyektiv gerçəklər
››› Putin ərəblərə "təslim oldu", neftin qiyməti kəskin artdı - Son durum
››› Vəliəhd şahzadə Putinin sözlərindən incidi, danışıqlar təxirə düşdü
››› İtaliyada virusdan ölənlərin sayı xeyli azaldı
››› Daha bir ölkədə koronavirusa ilk yoluxma aşkarlandı
Son xəbərlər
Bütün xəbərlər »