Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur rəsm əsəri təhlükədədir - Açıqlama
Mütəxəssislər rəssam Edvard Munkun 1893-cü ildə kətan üzərində çəkdiyi “Çığırtı” əsərinin rənginin dəyişmə səbəbini aşkar ediblər.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, Osloda Munk Muzeyinin mütəxəssisləri məşhur rəsmin rənginin narıncı sarı rəngdən fil sümüyü rənginə çevrilərək solğunlaşmasının səbəblərini müəyyən ediblər.

Mütəxəssislər kətandan olan boya nümunələrini təhlil edərkən nanokristallar rəsmin səthində böyüdüyündən fiqurun ağzına yaxın ərazilərdə solğunluq yarandığını açıqlayıblar.

Bundan başqa Harlem İncəsənət Laboratoriyasının rəhbərinin sözlərinə görə, mikroskop altında aparılan təhqiqatlardan məlum olub ki, rəsmin səthini örtən stalagmitlər də nəzərə çarpıb.

Xatırladaq ki, Munkun sözü gedən əsəri 2004-cü ildə muzeydən oğurlansa da, iki il sonra tapılaraq muzeyə qaytarılıb.

Son xəbərlər
Bütün xəbərlər »