Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sergey Lavrov: "İki ölkə arasında tam razılıq əldə etmək mumun deyil"

"Hesab edirəm ki, Rusiya-Türkiyə münasibətləri çox yaxşı səviyyədədir".

Bunu Rusiyanın Xarici İşlər naziri Segey Lavrov türk həmkarı Mövlut Çavuşoğlu ilə Münxendə keçirilən görüşü zamanı deyib.

S.Lavrov əlavə edib ki, münasibətlərin yüksək səviyyəsi tərəflərin bütün məsələlərdə razılığa gəlmələri demək deyil. “Bizim Türkiyə ilə çox yaxşı münasibətlərimiz var. Lakin bu, o demək deyil ki, biz bütün məsələlərdə bir-birimizlə razılaşmalıyıq. Ümumiyyətlə, mən hesab edirəm ki, heç bir ölkə arasında hər hansı bir problemlə bağlı tam razılıq əldə etmək mumun deyil”, - deyə o bildirib.

Rusiya xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, əgər belə münasibətlər yaranarsa, bu, daha çox təzyiqdən xəbər verir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »