Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Güldür Güldür" şoudan sonrakı faciə

Almaniyanın paytaxtı Berlində atışma olub.

RİN Novosti agentliyinin verdiyi məlumata görə, “Local” portalı atışma nəticəsində 1 nəfərin həlak olduğu, 4 nəfərin yaralandığı barədə xəbər yayıb.

Portal polisə istinadən xəbər verir ki, hadisə Kroytsberq rayonunda, Türkiyənin məşhur “Güldür Güldür Show" komediya şousunun nümayiş etdirildiyi “Tempodrom” idman-konsert zalının yaxınlığında baş verib.

Tamaşaçılar hamısı zaldan təxliyə olunub.

Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis atəş açanların bir neçə nəfər olduğunu ehtimal edir. Onlar hadisə yerindən qaçıb. Hadisə yerinə 200-dək polis göndərilib. Araşdırma aparılır.(apa)

Son xəbərlər
Bütün xəbərlər »