Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rahibə maşınla vurduğu uşaqları hadisə yerində qoyub qaçdı

33 yaşlı qadın avtomobilində iki qızı və onların anasını vurub, sonra isə yaralıları hadisə yerində qoyaraq, oradan uzaqlaşıb.

Avtomobilin sükanı arxasında həmin vaxt rahibə olub. Digər məlumatlarda onun keşiş arvadı olduğu bildirilir.

Lenta.ru-nun məlumatına görə, hadisə nəticəsində ana və uşaqları xəndəyə yıxılıb. Maşını sürən qadın isə onlara baxıb və evdə onu öz uşaqlarının gözlədiyini deyərək, çıxıb gedib.

Yaralılar başqa sakinlər tərəfindən xəstəxanaya çatdırılıb. Qadının 10 yaşında olan böyük qızının onurğa sütunu zədələnib. Bağçaya gedən balaca qız isə qəzadan yüngül travmalarla xilas olub.

Hadisə ilə bağlı tədqiqatlara başlanılıb.(oxu.az)

Paylaş »
››› ABŞ Rusiya neftinin qiymətini “öldürməyin” yolunu tapıb
››› Azərbaycan vətəndaşları Türkiyədə kirayə tapmaqda çətinlik çəkir - Səbəb
››› Ərdoğan tələblərini İsveç baş nazirinin qarşısına qoydu
››› Almaniya və İtaliya Rusiyadan qazı rublla almağa razılaşıb
››› Bayden bizdən nə istədi?!
››› "Ailəm mənim qərarlarıma görə ölümlə hədələnib" - İsrailin baş naziri
››› Mütəxəssislərdən "meymun çiçəyi" açıqlaması: "Ehtimalı sıfıra yaxındır"
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »