Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində təhsil alan Leyla Quliyeva: "Orada 500-ə yaxın azərbaycanlı tələbə var"

“Uhanda karantinə çox ciddi şəkildə əməl olunur. Şəhərə giriş-çıxış bağlanıb. Nə yerli, nə də xarici vətəndaş Uhanı tərk edə bilməz. Artıq şəhərlərdən əlavə universitetlər də karantinə alınıb. Biz təxliyə olunmuşuq, o demək deyil ki, bütün xarici vətəndaşlar təxliyə olunub".

Bunu jurnalistlərə açıqlamasında Çinin Uhan şəhərindən yayılan ölümcül koronavirus epidemiyasına görə bu ölkədən Türkiyəyə təxliyə edilərək 14 gün Ankarada xəstəxanada karantində saxlanılan və bu gün oradan Azərbaycana yola salınan 6 Azərbaycan vətəndaşından biri Leyla Quliyeva bildirib.

O deyib ki, Uhanda təxliyə olunmayan çoxlu xarici vətəndaş var: "Dövlətimizin qüdrətindən irəli gəlir ki, biz 8 günə Çini tərk edə bildik. Bizim kimi az ölkə var ki vətəndaşlarını çıxarda bilib”.

L.Quliyeva bildirib ki, Çinin digər vilayətlərində də azərbaycanlı tələbələr var: "Çində təxminən 500-ə yaxın azərbaycanlı tələbə var. Bildiyim qədərilə, onlarla da intensiv əlaqə saxlanılır, ehtiyacları qarşılanır. Yəqin ki, onların da yaxın zamanda təxliyəsi baş tutacaq”.(apa)

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »