Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bakıda "Babil" serialındakı üsulla iş təklifi edilir - Foto, Video
Lotereya
Ön qeyd: İşsizlik səviyyəsinin 5 faiz olduğu iddia edilən ölkəmdə iş elanlarına baxmaqla "gün ötürən" gənclərdən biriyəm.

Ötən günlərdə sosial şəbəkələrdə aylar əvvəl paylaşılan ancaq yayılmaqda davam edən "saxta" iş elanlarından birinə tuş gəldim. Elanda qeyd olunan iş kriteriyalarına baxdıqda az çox saxta olub-olmadığını müəyyənləşdirmək olur. Ancaq Türkiyədə reklam sahəsi üzrə magistr təhsilimin və güclü göz yaddaşımın da köməyi ilə qarşılaşdığım bir iş elanının daha saxta olduğunu gördüm. Hazırda Azərbaycanda fəaliyyət göstərməkdə davam edən Bazarstore mağazalar şəbəkəsinə aid marka loqosundan istifadə edərək şablon şəkil üzərində iş elanı paylaşılıb.

Saxta iş elanı

"Beynəlxalq şirkət" olaraq qeyd edilən şirkətin əsl adı da gizlədilib. Loqonun məxsus olduğu şirkətin saytına və sosial şəbəkə hesablarına girib elandakı vakansiyaların olub olmadığını yoxladım.

Bazarstore loqosu

İş elanının saxta olduğuna əmin olduqdan sonra əlaqə saxladım və dəstəyi götürən xanımla reklam meneceri vakansiyasına müraciət üçün zəng etdiyimi dedim. Şirkətin adını soruşduqda "TBM" adlı beynəlxalq şirkət olduğunu deyən xanım, növbəti gün Jalə plazada saat 10:00-da şəxsiyyət vəsiqəmlə 10 nömrəli otağa yaxınlaşmalı olduğumu qeyd etdi.

Görüş günü qeyd olunan saatda və yerdə idim. Təxmini hesabla 30-40 nəfərin qarşısında dayandığı qapıya yaxınlaşanda məhşur Ponzi sistemiylə işləyən Tiens şirkətinə dəvət edildiyimi gördüm.

TIENS

Yenə də marağımı bölməyib içəri girdim və 10 nömrəli otaqda üzərində tərs üçbucaq içərisində şir təsvirli emblemi olan məsul şəxslərdən birinin qarşısına oturdum. 60-70 yaşlarında olan və "Sovet" qoxulu şəxs mənə iş haqqında sual və məlumat verməyə başladı. İngilis dilində əsl adı "Network Marketing" olan, dilimizdə şəbəkə marketinqi adıyla bilinən iş sistemini mənə "Multi Level Marketing" olaraq tanıtdı. Bu sistemdə işləməyə başlasam, "Qızıl Şir" ünvanına qədər yüksəlmək şansımın olduğunu və cavan yaşda təsəvvür edə bilməyəcəyim qədər pul qazanacağımı bildirdi. "İş barəsində düşünüb sonra sizinlə əlaqə saxlayacağam" dedikdə isə pencəyinin yaxasında "Bürünc şir" emblemi daşıyan şəxs mənə qarşı özünəinamsız, qıtdüşüncəli, qorxaq, çəkingən və s. oxşar ifadələr işlədərək fikrimdən daşınmağa və dərhal qeydiyyat olub işə başlamağa dəvət etdi. Ancaq bu "motivasya" dolu təlqinlərə baxmayaraq oradan ayrıldım və iş elanındakı nömrəyə zəng edib işlə maraqlanmadığımı bildirdim. Qapının qarşısında duran o insanlara "Buradan uzaqlaşın" demək istərdim. Ancaq həyatda etdiyimiz səhvlərin bizi doğru yola aparacağını düşündüyüm üçün qərarlarını öz iradələrinə söykənərək vermələrinə mane olmadım.

Yuxarıda bəhs etdiyim şirkətin işləmə prinsipi, Türkiyə telekanallarında yaxın müddətdə yayımlanmağa başlayan "Babil" serialında bəhs edilən Ponzi sistemi əsasındadır. Bu sistemdə "dostunun da dostu var" misalı kimi özünə qurduğun komanda sənə pul qazandırır, sən də olduğun komandaya pul qazandırırsan. Pul aşağıdan yuxarıya uçur, damcı damcı aşağıya süzülür deyə bilərik.

Daha ətraflı:

Charles Ponzi (1882-1949) İtalyan iş adamı və fırıldaqçı idi. 1903-cü ildə ABŞa köçdükdən sonra qurduğu “Ponzi oyunu” ilə ABŞ tarixinin ən məşhur fırıldaqçılarından birinə çevrilmişdir.

Ponzi oyunu, sərmayə qoyan şəxslərə onların pullarını növbəti sərmayəçilərdən gələn pulla qaytarmağı əsas tutan bir fırıldaqçılıq növüdür. Bu oyunda sərmayə qoyan şəxslər normal faiz dərəcələrindən daha yüksək dərəcələr səbəbilə bu işə girməyə can atırlar.

Məsələn, ölkənin banklarında 3 faiz ilə banka pul qoymaq mümkündüsə, bu oyunu yerinə yetirən şəxs sizə 10 faizlik imkan təklif edir. Sizdən sonra gələn şəxsə daha yüksək faizlə daha böyük məbləğdə pul əmanətini təklif edərək öncəkilərin pulunu çıxarmaqda çətinlik çəkmir. Sonda faiz həddindən artıq yüksəldikdə və ya pul qoymağa yeni adam tapılmadıqda isə sistem çökür.

Ponzi oyunu Albaniyada 1997-ci ildə baş vermis böhranın və xaosun əsas səbəbi hesab olunur.

O.M.

Bizimyol.info

Paylaş »
››› Koronavirusu və SARS-ı tapan çinli alim Avropanın yol verdiyi ən böyük səhvdən danışdı
››› Mübariz Mənsimovdan Əliyev və Ərdoğana müraciət: “Atama və anama yalan demişik”
››› Karantinə görə işə çıxa bilməyənlərə dövlət tərəfindən pul ödəniləcək - Rəsmi
››› “BP-Azərbaycan” şirkətinin vitse-prezidenti koronavirusdan ayağı ilə "qorunur" – Video
››› Dövlətdən vətəndaşa 2,5 milyard manat
Son xəbərlər
Bütün xəbərlər »