Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Seçilməyən bəzi namizədlər təxribat törədir”

“Seçilməyən bəzi namizədlər hansısa məqsəd üçün təxribat xarakterli addımlar atırlar”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Məzahir Pənahov Məzahir Pənahov

MSK sədri bildirib ki, bəzi namizədlərin MSK qarşısında aksiya keçirməsi normaldır: “Amma MSK-nın şöbə müdirini içəri buraxmamaq artıq normal deyil. Polisə müraciət edirik ki, bu barədə tədbir görsün. MSK-nın işinə mane olmaq olmaz. Kim olursa-olsun, bunu edirsə, qanun pozuntusudur”, - deyə M. Pənahov bildirib.

Qeyd edək ki, bu gün MSK-nın iclasından əvvəl 29 saylı Səbail Seçki Dairəsindən deputatlığa bir qrup namizəd MSK-nın şöbə müdirinin binaya girişinə mane olub.(apa)

Son xəbərlər
Bütün xəbərlər »