Cəlilabadda keçirilən əməliyyat nəticəsində bir kiloqram heroin və silah aşkarlanaraq götürülüb.
Bizimyol.info xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidməti Göytəpə Sərhəd Dəstəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Cəlilabad şəhərində yaşayan E.Şəmmədovun evindən 1 kiloqram heroin aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, davam etdirilən tədbirlərlə E.Şəmmədovun qardaşı, Şötüklü kənd sakini T.Şəmmədovun evinə baxış zamanı isə nömrəsi silinmiş “TOZ-16” markalı tüfəng aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.