Mərkəzi Seçki Komissiyası 54 saylı Şabran-Siyəzən seçki dairəsi üzrə namizədliyi qeydə alınmış Elza Seyidcahanın şikayətinə baxılıb.
Bizimyol.info xəbər verir ki, MSK-nın və Ekspert Qrupunun üzvü Qabil Orucov məlumat verib. O qeyd edib ki, şikayət aidiyət qaydalarının pozulması üzrə daxil olduğundan müvafiq dairə seçki komissiyasına göndərilməlidir. Belə ki, bu şikayətlərin araşdırma səlahiyyəti dairə seçki komissiyalarındadır.
MSK Elza Seyidcahanın şikayətinin 54 saylı Şabran-Siyəzən seçki dairəsinə göndərilməsinə dair qərar qəbul edib.