"Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən Mətbuat Qrupu tərəfindən sosial şəbəkələrdə yayılan görüntülərin maksimum araşdırılması təmin edilib".
Bunu barədə MSK-nın bu gün keçirilən iclasında MSK üzvü Qabil Orucov deyib.
Q.Orucov qeyd edib ki, bütün görüntülər hər bir dairə, məntəqə üzrə araşdırılıb: “Ümumi araşdırılan videogörüntülərin sayı hazırda 220-ni keçib. Bu görüntülər ümumilikdə 30 dairədə 116-nı məntəqəni əhatə edir. MSK-ya daxil olan şikayətlər üzrə bəzi videogörüntülər sosial şəbəkələrdə paylaşılanlar olsa da, bəzisi müstəqil şəkildə yayılanlardır”.(apa)