Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MSK deputatlığa namizədin fikirlərinə münasibət bildirib

Bu gün Mərkəzi Seçki Komissiyasının inzibati binasının qarşısında 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Səməd Rəhimli bildirib ki, 9 fevral Milli Məclisə seçkilərdə sözügedən seçki dairəsinin ərazisində qanun pozuntuları ilə bağlı MSK-ya müraciət etsə də, Komissiya buna indiyədək münasibət bildirməyib, bir həftəyə yaxındır araşdırma aparmır və müraciəti görmək istəmir.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məsələ ilə bağlı apa-nın sorğusuna cavab olaraq bildirib ki, 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Səməd Rəhimlinin səsləndirdiyi fikirlər MSK-nın başlatdığı geniş və şəffaf araşdırma prosesinə kölgə salmaq, ictimai rəydə çaşqınlıq yaratmaq cəhdindən başqa bir şey deyil.

Ş. Əsədli deyib ki, 34 saylı Xətai ikinci seçki dairəsi üzrə deputatlığa qeydə alınmış namizəd Səməd Rəhimli tərəfindən fevralın 11-də eyni zamanda həm müvafiq dairə seçki komissiyasına, həm də MSK-ya müraciət ünvanlanıb. Seçki qanunvericiliyinin tələbinə əsasən, müraciət iki müxtəlif seçki komissiyasında eyni vaxtda araşdırılmır: “Həmçinin seçki məntəqələrində qanun pozuntusu iddiası ilə müraciətlər ilkin olaraq müvafiq dairə seçki komissiyasına, dairə seçki komissiyasının qərarından isə MSK-ya verilməlidir. Dairə seçki komissiyasında aparılan araşdırmalar nəticəsində verilən qərardan MSK-ya müraciət edilə bilər”.

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
Son xəbərlər
Bütün xəbərlər »