“Mərkəzi Seçki Komissiyasının fəaliyyətində hər hansı prosedur pozuntuları olsaydı, beynəlxalq müşahidəçilər bunu dünyaya car çəkmişdi”.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzhir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M. Pənahov bildirib ki, bizim heç kimdən çəkinəcəyimiz yoxdur: “Bizim fəaliyyətimiz göz qabağındadır. Hər kəsə o şəraiti yaradırıq ki, gəlib fikirlərini desinlər”.
O qeyd edib ki, MSK-nın fəaliyyəti göz önündədir: “Bizim heç kimdən qorxumuz, çəkinəcəyimiz yoxdur”.
Daha sonra deyib: “Azərbaycan vətəndaşları narahat olmasınlar. Əgər MSK-nın fəaliyyətində qanun pozuntuları, xüsusilə prosedur pozuntuları olsaydı, bütün dünyaya car çəkmişdilər”.
Bizimyol.info