Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO Əfqanıstandan çıxmaq niyyətində deyil

"NATO hələ ki, Əfqanıstandan getmək niyyətində deyil, lakin oradakı kontingentinin sayında dəyişiklik edə bilər".

“RİA Novosti”ninn verdiyi xəbərə görə, bunu alyansın baş katibi Yens Stoltenberq deyib.

“Biz Əfqanıstandan getmirik, lakin əgər Taliban zorakılığı dayandırmağa və kompromisə hazır olduğunu bildirsə, oradakı hərbçilərin sayında dəyişiklik etmək mümkündür”, - Y.Stoltenberq qeyd edib.

Qeyd edək ki, ABŞ və Taliban ötən il bir neçə dəfə danışıqlar aparıb. Danışıqlar nəticəsində ABŞ-ın Əfqanıstan üzrə nümayəndəsi Zalmay Xəlilzad ilə Talibanın nümayəndə heyəti razılıq əldə ediblər. Razılığın əsasında atəşin dayandırılması, xarici qoşunların Əfqanıstandan çıxarılması və sülh danışıqlarının aparılması dayanırdı. Lakin ötən ilin sentyabr ayında Kabilda Taliban tərəfindən törədilmiş bir neçə terror aktında dinc sakinlərlə yanaşı, Amerika hərbçilərinin də həlak olmasından sonra prezident Donald Tramp danışıqları dayandırmaq barədə göstəriş verib.(apa)

Paylaş »
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› Azərbaycanın ərazisində erməni generalına heykəl qoyulub
››› “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› Ermənilər Qarabağda təxribatlara davam edirlər
Son xəbərlər
Bütün xəbərlər »