Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özünü vəkil kimi təqdim edərək dələduzluq edən saxlanılıb

Dələduzluqda ittiham edilən "vəkil" saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən, eləcə də barəsində axtarış elan olunmuş Göyçay şəhər sakini Pünhan Qurbanov saxlanılıb.

Belə ki, P.Qurbanovun ətrafında aparılan araşdırmalarla onun İsmayıllı, Şirvan, Mingəçevir, Ağdaş, Abşeron rayonlarında ayrı-ayrı vətəndaşlara özünü vəkil kimi təqdim edərək işə düzəltmək, əlillərə veriləcək avtomobil növbəsində adlarının irəli çəkdirəcəyinə və başqa vədlər verib inandıraraq onlara qarşı dələduzluq etmiş, xeyli məbləğdə maddi ziyan vurduğu müəyyən olunmuşdur.

P.Qurbanovun digər şəhər və rayonlarda da analoji cinayətlər törətdiyi istisna edilmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzi xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər və ( 050 ) 280-45-00 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Paylaş »
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Açıq-gizli Şuşa mesajları
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Makron Ərdoğana türkcə başlayan məktub göndərdi
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
Son xəbərlər
Bütün xəbərlər »