Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MSK-da lider namizədlərlə bağlı şikayətlərə baxılacaq

Bu gün saat 14:00-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

İclasda Milli Məclisə seçkilərlə əlaqədar dairələr üzrə daxil olan müraciətlərə baxılacaq.

29 saylı Səbail Seçki Dairəsindən olan şikayətlər müzakirəyə çıxarılacaq. Bu barədə həmin dairədən deputatlığa namizədliyi qeydə alınmış Bəxtiyar Hacıyev deyib.

Bildirək ki, MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, 29 saylı Səbail Seçki Dairəsinin lider namizədi Nigar Arpadaraidir.

Unikal.org saytı isə iclasda digər 10 seçki dairəsindən daxil olan müraciətlərə baxılacağını yazıb. Bildirilib ki, 15 saylı Yasamal Birinci, 28 saylı Səbail Üçüncü, 42 saylı Sumqayıt İkinci, 60 saylı Salyan-Neftçala, 72 saylı Yardımlı-Masallı, 79 saylı İmişli, 81 saylı Beyləqan, 95 saylı Tərtər, 91 saylı Ucar, 125 saylı Zəngilan-Qubadlı Seçki dairələrindən daxil olan şikayətlərə baxılacaq.

Oxu.Az xatırladır ki, müvafiq olaraq həmin dairələrdə lider namizədlər Ülvi Quliyev, Eldar Quliyev, Tahir Mirkişili, Fəzail Ağamalı, Musa Qasımlı, Razi Nurullayev, Şahin İsmayılov, Sahib Alıyev, Ramil Həsən və İmamverdi İsmayılovdur.

Xatırladaq ki, MSK-nın fevralın 13-də keçirilən iclasında 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran Kənd, 80 saylı İmişli-Beyləqan Seçki Dairələrinin nəticələri etibarsız sayılıb.

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Böyük qayıdış üçün sorğu nəyə lazım: "Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz?"
››› Fevralın 25-nə olan hava proqnozu
››› “İsgəndər” raketlərini atdıq, amma partlamadı” - Paşinyan
Son xəbərlər
Bütün xəbərlər »