Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İmişlidə baş verən qəzada iki nəfər ölüb

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.

Mil-Muğan bürosunun məlumatına görə, avtoqəza İmişli rayonunun Şahverdili kəndi ərazisində qeydə alınıb.

Bəhramtəpə qəsəbə sakini, 1974-cü il təvəllüdlü Həsənov Nizami Məhərrəm oğlunun idarə etdiyi “KİA” markalı 90-GM-961 dövlət nömrə nişanlı avtomobilin qarşısına iribuynuzlu heyvan çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza zamanı sürcü avtomobilin altında qalaraq ölüb.

Avtomobildə olan Bəhramtəpə qəsəbə sakini, 14 yaşlı İsayev Məhəmməd Cəfər oğlu ağır vəziyyətdə reanimasiya şöbəsinə, digər sərnişin – 1996-cı il təvəllüdlü Məmmədov İbrahim Etibar oğlu yüngül xəsarət alaraq İmişli rayon xəstəxanasına yerləşdirilib.

14 yaşlı İsayev Məhəmməd Cəfər oğlu yerləşdirildiyi reanimasiya şöbəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Böyük qayıdış üçün sorğu nəyə lazım: "Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz?"
››› Fevralın 25-nə olan hava proqnozu
››› “İsgəndər” raketlərini atdıq, amma partlamadı” - Paşinyan
Son xəbərlər
Bütün xəbərlər »