Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Blumberq “İnstaqramda” siyasi reklamına 1,5 milyon dollar xərcləyib
Maykl Blumberq

ABŞ-ın Demokrat Partiyasından prezidentliyə namizəd, Nyu-Yorkun sabiq meri, milyarder Maykl Blumberq “İnstagram” sosial şəbəkəsində seçki ilə bağlı təbliğat materiallarını yaymaq üçün 1 milyondan 1,5 milyon ABŞ dollarına qədər pul xərcləyib.

TASS-ın məlumatına əsasən, bu barədə “Forbes” jurnalında dərc olunan məqalədə deyilir.

Nəşr bildirir ki, 30-a yaxın şəxs Blumberqin seçkiqabağı təbliğat materiallarını “İnstaqram”da parlaq və yaddaqalan şəkildə paylaşır .

“Forbes” müxbirlərinin müsahibə aldığı ekspertlərin fikrincə, ABŞ-da “İnstagram”da 1 milyondan çox abunəçisi olan tanınmış şəxslər bir məlumatı öz səhifəsində paylaşmaq üçün azı 10 min ABŞ dolları tələb edirlər. Siyasi xarakterli materiallara görə isə qiymət 50 min dollara qədər arta bilər.(oxu.az)

Paylaş »
››› Azərbaycanda koronavirus həyacanı: “Səhiyyə bərbad gündədir, virus çox can ala bilər”
››› Azərbaycanlılar İrəvanda erməni kəşfiyyatını ələ saldılar: "Çox pis işləyirsiniz" - Video
››› Bloqçu Xocalı soyqırımı günündə gecə klubunda reyd keçirdi, qalmaqal yaşandı - Foto
››› Koronavirus xəstəsi Azərbaycandan Gürcüstana keçdi, sərhəd bağlandı
››› Koronavirus Gürcüstanda da aşkarlandı: Azərbaycandan keçib - Rəsmi
Son xəbərlər
Bütün xəbərlər »