Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zərif: "ABŞ və İran müharibəyə çox yaxın idilər"

“İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Əl-Qüds xüsusi təyinatlı bölməsinin komandiri Qasım Süleymaninin amerikalılar tərəfindən “qorxaqcasına” qətlə yetirilməsindən sonra ABŞ və İran müharibənin başlanğıcına çox yaxınlaşdı”.

Bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif “NBC”-yə verdiyi müsahibəsində bildirilib.

“Biz müharibəyə çox yaxın idik, çünki ABŞ İrana qarşı zorakılıq aktına təşəbbüs etdi və bunu, üzr istəyirəm, qorxaqcasına etdi. Onlar Süleymaniyə döyüş meydanında tab gətirə bilmədilər. Buna görə də onlar sülh missiyasını yerinə yetirmək üçün hazırlanmış avtomobildən buraxılan pilotsuz uçuş aparatı vasitəsilə gecənin qaranlığında atəş açdılar”, - Zərif belə deyib.

İranın Xarici İşlər naziri Süleymaninin öldürülməsinə Tehranın ABŞ-a məxsus hərbi bazaya zərbələr endirməklə çox sərrast reaksiya verdiyini bildirib: “ABŞ-a İranın təqib edilə bilməyəcəyini və İrana qarşı edilən hərəkətlərin nəticələrinin olacağını anlatmaq istədik. İnanıram ki, ABŞ rəhbərliyi İran haqqında yanlış anlayışların və yanlış məlumatların nəticələrindən əziyyət çəkir”.(apa)

Paylaş »
››› ABŞ Rusiya neftinin qiymətini “öldürməyin” yolunu tapıb
››› Azərbaycan vətəndaşları Türkiyədə kirayə tapmaqda çətinlik çəkir - Səbəb
››› Ərdoğan tələblərini İsveç baş nazirinin qarşısına qoydu
››› Almaniya və İtaliya Rusiyadan qazı rublla almağa razılaşıb
››› Bayden bizdən nə istədi?!
››› "Ailəm mənim qərarlarıma görə ölümlə hədələnib" - İsrailin baş naziri
››› Mütəxəssislərdən "meymun çiçəyi" açıqlaması: "Ehtimalı sıfıra yaxındır"
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »