UEFA “Mançester Siti” haqda sərt qərar çıxarıb. İngiltərə futbol klubu avrokuboklardan iki illik uzaqlaşdırılıb.
Bizimyol.info xəbər verir ki, “Mançester Siti” lisenziya qaydalarını və maliyyə feyr-pleyini pozmaqda günahlandırılır. Klub bundan başqa 30 milyon avro cərimə də ödəyəcək.
“Mançester Siti” 2012-2016-cı illər hesabatlarında sponsor gəlirlərini çox yüksək göstərməklə UEFA-nın qəzəbinə tuş gəlib.
Tədqiqat Almaniyanın “Der Spiegel” nəşrinin 2018-ci ilin noyabrındakı yazısından sonra başlamışdı. Orada bir çox yazışmalar, sənədlər əksini tapmışdı. Yazıdan məlum olurdu ki, illik sponsor müqaviləsinin təminatı üçün “Mançester Siti”nin hesablarına klubun sahibi şeyx Mənsurun müxtəlif maliyyə strukturlarından 67,5 milyon funt sterlinq daxil olub.
İngiltərə klubu İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.