Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Çində virus həkimləri məhv edir
Koronovirus təhlükəsi - Azərbaycanlılar təxliyyə olundu

Çində koronavirus küləyi daha möhkəm əsməyə başlayıb. Ölənlərin sayı 1500-ə yaxınılaşıb.

Bizimyol.info xəbər verir ki, Çində virus həkimləri məhv edir. Pnevmoniyanın qarşısını almaq üçün birbaşa mübarizə aparan tibb işçiləri özləri sıradan çıxır. Səhiyyə nazirinin müavini Tszen İsin 1716 həkimin koronavirusa yoluxduğunu etiraf edib. Onlardan 6-sı artıq həyatını itirib.

İsin “South China Morning Post”a açıqlamasında vəziyyətin pis olduğunu gizlətməyib. Onun dediyinə görə, həkimlərin virusa yoluxma halı artacaq.

Bir neçə gün əvvəl xəbər çıxmışdı ki, çinli həkimlər koronavirusdan yaxa qurtarmağın effektli üsulunu tapıblar. Söhbət sağalan xəstələrin qanından yeni pasiyentlərə köçürməkdən gedirdi. Amma hələ də proses lazımi effekt vermir.

Dünyada koronavirusdan əziyyət çəkənlərin sayı 64 mini keçib. Çindən başqa, daha 24 ölkədə virusa yoluxma halə qeydə alınıb.

Paylaş »
››› Azərbaycanda koronavirus həyacanı: “Səhiyyə bərbad gündədir, virus çox can ala bilər”
››› Azərbaycanlılar İrəvanda erməni kəşfiyyatını ələ saldılar: "Çox pis işləyirsiniz" - Video
››› Bloqçu Xocalı soyqırımı günündə gecə klubunda reyd keçirdi, qalmaqal yaşandı - Foto
››› Koronavirus xəstəsi Azərbaycandan Gürcüstana keçdi, sərhəd bağlandı
››› Cənubi Azərbaycanda tibb bacısı işdə koronavirusdan həyatını itirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »