Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko neftə görə Putinin qarşısında diz çökmək istəmir

Belarus tarixinin ən vacib dönəmlərindən birini yaşayır. Ölkə suverenliyi təhlükə altındadır. Rusiya prezidenti Vladimir Putinin 2024-cü ildə Belarusla birləşərək fövqəldövlət yaratmaq fikri var.

Bizimyol.info xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bu formatın əleyhinədir. O, hətta neftə görə də Putinin qarşısında diz çökmək istəmir.

Tərəflər arasında münasibətlər kolanmağa başlayıb. Belarus daha Rusiyadan neft almaq fikrində deyil. Lukaşenko alternativ mənbələr axtarışında olduqlarını gizlətmir: “Əsas odur ki, hər dekabrın 31-də diz çökməyək”.

İlin əvvəlində Rusiyadan Belarusa neft ixracı dayandırılmışdı. İkinci tərəf bunu qiymətlərin yüksəkliyi ilə əlaqələndirmişdi.

Belə göürünür ki, Belarus neft tələbatını ödəmək üçün başqa yol seçəcək. Norveçlə razılıq əldə olunub, Qazaxıstanla danışıqlar gedir. ABŞ da Belarusa köməyini təklif edib.

Son xəbərlər
Bütün xəbərlər »