İstanbulun Bahçelievler rayonunda beşmərtəbəli yaşayış binası çöküb.
Bizimyol.info xəbər verir ki, ilkin məlumata əsasən 7 mərtəbəli bina qəzalı vəziyyətdə olması ilə əlaqədar əvvəlcədən boşaldıldığı bildirilir.
Xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.
Hadisə yerinə çox sayda xilasetmə, polis və təcili yardım briqadaları gətirilib. Bahçelievler bələdiyyə başçısının verdiyi ilkin məlumatlara görə dağıntı altında qalan olmadığı güman edilir.
İstanbul Valiliyi tərəfindən verilən məlumatda bildirilir ki, binanın qəzalı vəziyyətə olduğu üçün sakinlər bir müddət əvvəl evakuasiya edilib.
Bahçelievler Bələdiyyəsinin axtarış-xilasetmə qrupunun da hadisə yerinə getdiyi bildirilib.