Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaqataladakı seçki saxtakarlığı haqda film çəkildi - Video

9 fevral növbədənkənar parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına ünvanlanmış şikayətlərin təmin edilməsi seçki islahatlarına ümidləri artırmaqdadır. MSK-nın son qərarı ilə bir neçə dairədə nəticələrin ləğv edilməsi, eləcə də bir sıra seçki dairələri üzrə araşdırmaların davam etdirilməsi nəticələrin obyektivliyi və ədalətin bərqərar olunması baxımından önəmlidir.

Nəticələrin ləğv olunması on minlərlə sosial şəbəkə isrifadəçiləri tərəfindən qaldırılan dairələrdən biri də 110 saylı Zaqatala seçki dairəsidir. Qeyd edək ki, Zaqatala seçkilərinin favoriti Fariz Həsənli olsa da və O 9 minə yaxın səs yığsa da bu dairədən Elşən Musayev qalib elan edilib.

Xatırladaq ki, Elşən Musayev təbliğat-təşviqat mərhələsində seçicilərin sualları qarşısında aciz qalaraq görüşdən qaçması ilə yadda qalmışdı.

İlkin nəticələrin elan olunmasından sonra namizəd Fariz Həsənli ilə yanaşı bu dairədən olan digər namizəd Nurlana Cəlil də seçkinin nəticəsindən narazı olması barədə müraciətini bildirmişdir. O da öz növbəsində qeyd etmişdir ki, seçki müddətində Elşən Musayevin trollarının hücumuna məruz qalmışdır.

110 saylı Zaqatala seçki dairəsinin real favoriti hesab edilən Fariz Həsənli seçki öncəsi və seçki günü ona olunan qanunsuzluqlardan bəhs edən 136 videonu bir araya gətirərək şikayətini MSK-ya, o cümlədən ölkə rəhbərliyinə, Ombudsmana və DTX-ya təqdim etmişdir.

Sosial şəbəkə izləyiciləri Zaqatala seçkilərində Elşən Musayevin üçün təşkil edilən qanunsuz əməllərdən bəhs edən film hazırlamışdır. FilmiSizə təqdim edirik.

Paylaş »
››› Bayden çoxdan gözlənilən qərarı verdi: Rusiya ordusunu çətin günlər gözləyir
››› Putinin yaxın adamı "satdı", Ukraynanın keçmiş prezidenti sərhəddə saxlanıldı
››› "Rusiya gəmilərini “Harpun”la vuracağıq və buğda ixracı bərpa olunacaq"
››› Bayden yenə Putinin ünvanına sərt sözlər səsləndirib
››› Putinin heç vaxt olmayan "oğlu": "Ukrayna bitdi"
››› "Gizli referendum" haqda açıq söhbət
››› ABŞ və Avropa razılaşa bilmir: Müharibədə kim qalib gəlsin...
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »