Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
28 May metrosunun qabağında nə iş görülür... - Açıqlama

Son günlər metronun “28 May” stansiyasının qabağında, Cəfər Cabbarlının heykəli ilə üz-üzə ərazi hasarlanıb və orda böyük yer qazan mexanizm və ekskavator işləyir.

Bizimyol.info olaraq aparılan tikinti işlərinin nə ilə əlaqədar olduğunu öyrənməyə çalışdıq. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov sorğumuza cavab olaraq bildirdi ki, “28 May” metrostansiyasında aparılan işlər Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

Bəxtiyar Məmmədov

Stansiyanın tunellərində ventilyasiyanın yaxşılaşdırılması münasibətilə iş aprılır.Məqsəd tunelləri ətraf mühitin təsirindən qorumaq və onların işini yaxşılaşdırmaqdır. İşlər başa çatarkən qazma qurğularının yerində ərazinin estetik cəhətdən korlamayan kiçik ventilyasiya köşkü quraşdırılacaq”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »