Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Azərişıq” ASC-də 2019-cu ilin yekunlarına dair toplantı keçirilib
Ilham Əliyev

“Azərişıq” ASC-nin Sədri Vüqar Əhmədovun sədrliyi ilə 2019-cu ilin yekunlarına dair Departament direktorları, İdarə və şöbə rəisləri, habelə Regional Enerji Təchizatı və Satışı İdarələri rəislərinin iştirakı ilə toplantı keçirilib.Toplantıda 2019-cu ilin iqtisadi yekunları ilə bərabər 2020-ci ildə görüləcək işlər və qarşıda duran vəzifələr də müzakirə olunub.Toplantıda çıxış edən “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov öncə son 5 il ərzində görülən quruculuq işlərindən danışıb. Sədr çıxışında xüsusi vurğulayıb ki, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan elektroenergetikası bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin birbaşa rəhbərliyi ilə daha da sürətlə inkişaf etməkdədir

10 fevral 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla “Bakıelektrikşəbəkə” ASC-nin bazasında yeni bir qurum - “Azərişıq” ASC yaradıldı. “Azərişıq” ASC-nin yaranması bir zərurət idi - bütün bölgələrin elektrik enerjisi ilə təchizatını paytaxt Bakının səviyyəsinə çatdırmaq, istehlakçılara yüksək keyfiyyətlə xidmət göstərmək. Ölkə rəhbəri tərəfindən qarşıya qoyulan vəzifə kifayət qədər böyük və məsuliyyətli idi. “Azərişıq” ASC yaradıldıqdan dərhal sonra rəhbərlik və qurumun mütəxəssisləri mövcud vəziyyəti öyrənərək fəaliyyət planını tərtib etdilər - geniş miqyaslı təmir, yenidənqurma və tikinti işlərinə başlanıldı. İcrasına başlanılmış Proqramın I hissəsini elektrik şəbəkələrinin reabilitasiyasını əhatə edən tədbirlər təşkil edirdi ki, bu da regionlardakı istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına, kənd təsərrüfatının inkişafı üçün suvarma sistemlərinin elektrik təminatının yenidən qurulmasına, sənaye sahələrinin və turizm obyektlərinin elektrik təchizatının etibarlılığının yüksəldilməsinə gətirib çıxardı. Fiziki və mənəvi cəhətdən köhnəlmiş elektrik dirəkləri, naqillər, transformatorlar yeniləri ilə əvəzlənərək, müasir tipli yarımstansiyalar və Komplekt Transformator Məntəqələri quraşdırıldı. Maddi-texniki baza kökündən yenilənərək ən müasir texnoloji avadanlıqlarla təchiz olundu.Vüqar Əhmədov daha sonra bildirdi ki, regional şəbəkələrin yenidənqurulması və yeni texnoloji avadanlıqlarla təchiz olunması ilə bərabər onların idarə edilməsi, normativlərə əməl olunması, yeni kadr potensialının formalaşdırılması üçün kompleks tədbirlər həyata keçirilir.

Enerji - “Azərişıq” ASC

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov çıxışında bildirdi ki, bizim ən ümdə vəzifəmiz Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, ölkə ərazisində istehlakçıların keyfiyyətli, etibarlı və səmərəli şəkildə elektrik enerjisi ilə təmin etmək, ölkə başçısının etimadını yüksək səviyyədə doğrultmaqdır. Ötən 5 il deməyə əsas verir ki, biz bu yolda inamla irəli gedirik.

Daha sonra Cəmiyyətin sədri qarşıda duran vəzifələrdən də söz açıdı. Toplantı iştirakçılarına ayrı-ayrılıqda öz tövsiyyə və tapşırıqlarını verdi.

Enerji - “Azərişıq” ASC

Digər məruzəçilər də görülən işlər haqda hesabat verərək, tapşırıq və öhdəliklərini uğurla başa çatdıracaqlarına əminlik ifadə etdilər.

Enerji - “Azərişıq” ASC

2015-2019-cu illər ərzində aşağıdakı işlər yerinə yetirilib:

- 110 kV-luq YS-nın tikintisi – 41 ədəd;

- 35 kV-luq YS-nın tikintisi – 110 ədəd;

- 10-6 kV-luq TM-in tikintisi – 135 ədəd

- 10-6 kV-luq KTM-in tikintisi – 3.943 ədəd

- Müxtəlif gərginlikli EVX-lərin çəkilməsi – 35.505 km

- 110 kV-luq YS təmiri – 42 ədəd

- 35 kV-luq YS təmiri – 258 ədəd

- 10-6 kV-luq TM və KTM-lərin təmiri – 12.300 ədəd

- Müxtəlif gərginlikli EVX-lərin təmiri – 22.000 km

- 590 yaşayış məntəqəsinin 0,4 kV-luq elektrik şəbəkələri tam yenidən qurulmuşdur.

- Gücü 55 MVt təşkil edən Yeni Yaşma və Şurabad qəsəbələrində külək elektrik stansiyaları bərpa olunaraq elektrik şəbəkələrinə qoşulmuşdur.

-Hal hazırda Bakı şəhəri, Binəqədi rayonunda 110/35/6 kV-luq 91 saylı, Ağsu rayonunda “Ağabəyli”, Quba rayonunda “Rustov”, İmişli rayonunda “Muğanlı” və “Aranlı”, Şamaxı rayonunda “İqamətgah” 35 kV-luq yarımstansiyaların tikintisi aparılır. 2020-ci ildə 77 kəndin 0,4 kV-luq elektrik şəbəkələrinin yenidənqurulması nəzərdə tutulur ki, hazırda 20 kənddə bu istiqamətdə işlər davam etdirilir. Hər region üzrə 5 ədəd 35 kV-luq yarımtansiyanın əsaslı təmir işlərinin aparılması planlaşdırılmışdır. 27 ədəd dağ kəndinin elektrik şəbəkələrinin yenidənqurulması üçün layihə işləri aparılır.

Respublikada keçirilən beynəlxalq tədbirlərlə, idman yarışları ilə, müxtəlif konfrans və iclaslarla əlaqədar elektrik enerjisi təminatının yüksək səviyyədə təşkil olunmasında “Azərişıq” ASC-nin kollektivi fəal iştirak etmişdir.

Paylaş »
››› "Azərsu" rəhbərinin Prezident sarayını kölgədə qoyan evi - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Türkiyədə koronavirusla bağlı son vəziyyət
››› Alimlər Çində yayılan yeni SFTS virusunun COVID-19-la fərqini araşdırır
››› ABŞ-da jurnalist Trampı tribunanı tərk etməyə vadar etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »