Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bu seçkilərdə sosial şəbəkələr böyük rol oynadı” - Açıqlama

Xəbər verdiyimiz kimi, Milli Məclisə seçkilərlə əlaqədar nəticələri ləğv edilmiş dörd seçki dairəsində yenidən seçkilər keçiriləcək. Bundan başqa, iclasda 21 dairədən daxil olmuş müraciətlərə baxılması üçün aidiyyatı üzrə Dairə Seçki Komissiyalarına geri göndərilib.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, politoloq, keçmiş deputatlığa namizəd İlyas Hüseynov hesab edir ki, bu il seçki prosesinin həddən artıq aktiv keçirilməsində sosial şəbəkələrin xüsusi rolu oldu.

İlyas Hüseynov İlyas Hüseynov

“Dünən MSK-nın iclası keçirildi və bəzi dairələrdə baş verən qanun pozuntularına dair faktlar araşdırıldı. Yekun olaraq 4 dairənin nəticələri ləğv olundu. Bu dairələrin nəticələrinin ləğv olunmasına əsas səbəb sosial şəbəkələrdə yayılan qanunsuzluq faktları idi, sosial şəbəkələrin bu seçkilərdə rolu çox böyük oldu. Sosial şəbəkələr seçki prosesinin işıqlandırılmasında çox qabarıq rol oynadı və sosial şəbəkələr bütün dünyada günümüzün trendidir,- deyə politoloq bildirib.

Həmçinin, müşahidəçilərin bu seçkilərdə çox fəal iştirak etdiyini söyləyən politoloq qeyd edib ki, təqdim olunan şikayətlərin araşdırılması, bu şikayətlər əsasında dairələrdə seçki nəticələrinin ləğv olunması əslində dövlət başçısının çağırışlarına cavabdır, adekvatdır:

“4 dairədə seçkilərin nəticələrinin ləğv olunması o deməkdir ki, prezidentimizin parlament seçkilərinin şəffaf keçirilməsinə dairi tələbi çağırışına əməl edilir, bu çağırışlara paralellik təşkil edir. 2019-cu ildə başlamış köklü islahatların davamı kimi parlamentin buraxılması və seçkilərdə 4 dairənin nəticələrinin ləğvi o deməkdir ki, insanlarda demokratiyaya inam yaranır. Seçicilər öz iradələrini yendən nümayiş etdirməli olacaqlar. Sosial şəbəkələrdə, mediada həmin namizədlərin xalqın etimadını nə dərəcədə qazanması barədə müxtəlif fikirlər sələnir. Amma ən doğru sözü xalqın səsi deyəcək, buna görə seçicilərin üzərinə məsuliyyət düşür. Biz cəmiyyət olaraq 4 dairədə seçkilərin nəticələrini diqqətlə izləyəcəyik”,- deyə o vurğulayıb.

Politoloq həmçinin ölkəmizin həyatında siyasi gündəmin daha da fəallaşdığı bir dövrdə Bakı Şəhər İcra Hakimiyyətinin Müsavat və REAL partiyalarının paytaxtda mitinq keçirməklə bağlı müraciətinə müsbət cavab verməsindən danışıb.

“Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər İcra Hakimiyyəti Aparatının qərarı ilə fevralın 16-da mitinq keçirilməsinə icazə verilib.

Bu o deməkdir ki, Azərbaycanda sərbəst toplaşma azadlığı qorunur. Bazar günü keçiriləcək mitinqə müsbət cavab verilməsi çox təqdirəlayiq haldır. Seçkilərdən narazı qalan insanlar da bu mitinqə toplaşıb öz söğzlərini deyə bilərlər. Bu Azərbaycanda demokratiya institutunun işləməsi deməkdir. Bu xalqın fikrini o məcraya yönəltdi ki, ölkədə demokratiya bərqərardır və bu beynəlxalq müşahidəçilərin rəylərində də öz əksini tapıb. Ümid edirəm ki, bu seçkilərin davamını digər seçkilərdə də görəcəyik. Ölkəmizdə demokratik seçkilərin əsası qoyulub və xalqın səsiylə, gərgin mübarizə altında seçilən savadlı, peşəkar deputatlar həm Milli Məclisdə, həm beynəlxalq arenada millətimizi şərəf və ləyaqətlə təmsil edəcəklər”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »