Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir

 74 saylı Lənkəran kənd seçki dairəsinin nəticələri ləğv edildikdən sonra, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli parlamentdə olan kabinetini boşaldıb.

Bizimyol.info xəbər verir ki, H.Rəcəbli artıq deputatlıq uğrunda mübarizədən çəkilir. Keçmiş deputat Milli Məclisdəki kabinetindən əşyalarını daşıtdırıb.

Rəvan Bəşirov Rəvan Bəşirov

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının dünən keçirilən iclasında 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədlər Bəşirov Rəvan və Əzizxan Əzizovun müraciətinə baxılıb.

Əzizxan Əzizov Əzizxan Əzizov

İclasda Hadi Rəcəblinin lider olduğu dairənin 27 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilib və 74 saylı Lənkəran kənd seçki dairəsinin nəticələri ləğv edilib.

Son xəbərlər
Bütün xəbərlər »