Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Milli Məclisə təkrar seçkilər keçiriləcək
Milli Məclis

Milli Məclisə seçkilərlə əlaqədar nəticələri ləğv edilmiş dörd seçki dairəsində yenidən seçkilər keçiriləcək.

Bu, Seçki Məcəlləsi ilə tənzimlənir.

Qanunun 172-ci maddəsində bildirilir ki, seçkilər müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və seçkilərin yekunları təsdiq edilməzsə, Mərkəzi Seçki Komissiyası (MSK) təkrar seçkilər keçirir.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilən iclasında parlament seçkiləri ilə əlaqədar dörd seçki dairəsinin nəticələri etibarsız sayılıb.

Belə ki, 33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 74 saylı Lənkəran Kənd Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələri ləğv edilib.

MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, həmin dairələrdə müvafiq olaraq Hüseynbala Mirələmov, Rauf Arifoğlu, Hadi Rəcəbli və Çingiz Qənizadə lider namizəd idilər.

Xatırladaq ki, 2015-ci ilin noyabrında V çağırış Milli Məclisə seçkilərdə 90 saylı Ağdaş Seçki Dairəsinin də nəticələri ləğv edilmişdi.

Bundan sonra Prezident İlham Əliyev həmin dairə üzrə Milli Məclisə təkrar seçkilərin təyin edilməsi haqqında (2016-cı ilin iyunun 18-nə) sərəncam imzalamışdı. (oxu.az)

Paylaş »
››› Rusiyada koronavirusu dərhal məhv edən ucuz məhlul hazırlayıblar
››› “Kurtlar vadisi”nin aktyoru koronavirusdan ölüb
››› Türkiyədə daha bir koronavirus rekordu qeydə alındı
››› Qonşu ölkədə insanlar virusa görə meşələrə çəkilib
››› Keçmiş SSRİ dövləti “qreçka”nın ölkədən çıxarılmasına qadağa qoydu
Son xəbərlər
Bütün xəbərlər »