İspaniyanın kurort şəhəri Marbelyedə “Mançester Yunayted” oteli dəyişmək qərarına gəlib. İngiltərənin məşhur futbol klubunun addımı koronavirusla əlaqələndirilir.
Bizimyol.info xəbər verir ki, “Mançester Yunayted” qalacağı oteldə bir müddət əvvəl Çinin “Dalyan İfan” klubu yer aldığı üçün qəti addım atıb. Buna görə də “Westin La Quinta Golf Resort and Spa”nın xidmətlərindən imtina olunub.

“Dalyan İfan”ın baş məşqçisi Rafal Benitesdir. İspan mütəxəssis əvvəllər İngiltərə klublarından “Liverpul”da, “Çelsi”də və “Nyukasl”da işləyib.
“Mançester Yunayted” İngiltərə çempionatının 25 turundan sonra 35 xalla səkkizinci pillədə qərarlaşıb. Mançester təmsilçisi fevralın 17-dəki “Çelsi” ilə oyuna məhz İspaniyada hazırlaşırdı.
Koronavirusa indiyə qədər 50 mindən çox insan yoluxub. 1332 nəfər həyatını itirib.