Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Üzərində Puşkinin əksi olan rus pulunu neçəyə alırlar... - Foto

SSRİ dövründən qalan bəzi dəmir pullar var ki, minlərlə dollar qiyməti var. Halbuki vaxtilə dəyəri qəpiklərlə ölçülüb.

Bizimyol.info xəbər verir ki, üzərində məşhur rus şairi Aleksandr Puşkinin əksi olan qəpik də özündə böyük dəyər ehtiva etmir. Amma bu dəmir pulu təxminən 400-450 dəfə baha satmaq mümkündür.

Üzərində Puşkinin əksi olan rus pulunu neçəyə alırlar...

Puşkinin əksi olan dəmir pul 2 rublluqdur. İndi bizim pulla təxminən 5 qəpik deməkdir. Dəmir pul 1999-cu ildə istehsal olunub, böyük şairin doğumunun 200 illiyinə həsr edilib. Pulun üzərində Puşkinin doğum və ölüm illəri yazılıb.

Xüsusi saytlar var ki, kolleksiyaçıların diqqət mərkəzindədir. Burada istənilən antik, köhnə şeyi satmaq olar. Dəmir pullara da ehtiyac böyükdür. Həmin saytlardan birində Puşkinin əksi olan pula 823 rubl (təxminən 21 manat) təklif edirlər. Məbləğ 1000 rubla qədər arta bilər. Göründüyü kimi, qiymət SSRİ dövrünün pulları ilə müqayisədə xeyli aşağıdır. Amma zaman belə şeylərin yalnız xeyrinə işləyir. Yəni gələcəkdə Puşkinin əksi olan 2 rublluq xeyli yüksək dəyər alacaq.

Son xəbərlər
Bütün xəbərlər »