Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Böyük Britaniyada hökumət yenidən formalaşdırılıb
britain_22111-0-0-0

Böyük Britaniyanın Baş naziri Boris Conson kabinetini yenidən formalaşdırıb.

Yeni kabinətdə bir sıra nazirlər əvvəlki mövqeyini qoruyub.

Xarici İşlər Naziri Dominik Raab, Daxili işlər naziri Priti Patel, Beynəlxalq Ticarət naziri Liz Truss, Səhiyyə naziri Matt Hankok, Lordlar Palatasının lideri Baronessa Evans, Müdafiə naziri Ben Vallas öz mövqeyini qoruyub.

Biznes, Enerji və Sənaye Strategiyası üzrə nazir Andrea Leadsom, Alok Şarma ilə əvəz olunub.

Maliyyə naziri Sacid Cavid isə özü istefa verib. Buna səbəb isə Boris Consonun ondan müşavirlərini qovaraq, özünə yaxın olan müşavirlərlə əvəz etməsini istəməsi olub. Kabinetdə Maliyyə naziri vəzifəsinə isə Ruşi Sunak gətirilib. O, bundan öncə Xəzinədarlığın Baş katibi vəzifəsini tutub.

Qeyd edək ki, Londonun meri Sadıq Xan büdcənin açıqlanmasından bir neçə həftə öncə Maliyyə nazirinin istefa verməsini hökumətin xaos içində olmasının göstəricisi kimi dəyərləndirmişdi.

Yeni kabinetin tərkibi aşağıdakı kimidir:

- Maliyyə naziri Rishi Sunak;

- Daxili işlər naziri Priti Patel;

- Xarici işlər naziri Dominik Raab;

- Ədliyyə naziri Robert Bukland;

- Səhiyyə naziri Matt Hankok;

- Beynəlxalq Ticarət Naziri Liz Truss;

- Biznes, Enerji və Sənaye Strategiyası üzrə nazir Alok Şarma;

- Mədəniyyət, media və idman naziri Oliver Dovden

- Təhsil naziri Gavin Villiamsan;

- Müdafiə naziri Ben Vallas və s.  (Apa.az)

Paylaş »
››› Azərbaycanda koronavirus həyacanı: “Səhiyyə bərbad gündədir, virus çox can ala bilər”
››› Azərbaycanlılar İrəvanda erməni kəşfiyyatını ələ saldılar: "Çox pis işləyirsiniz" - Video
››› Bloqçu Xocalı soyqırımı günündə gecə klubunda reyd keçirdi, qalmaqal yaşandı - Foto
››› Koronavirus xəstəsi Azərbaycandan Gürcüstana keçdi, sərhəd bağlandı
››› Koronavirus Gürcüstanda da aşkarlandı: Azərbaycandan keçib - Rəsmi
Son xəbərlər
Bütün xəbərlər »