Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
100 min dollarlıq əskinasların taleyi necə oldu... - Foto

ABŞ milli valyutasının ən böyük əsginasının 100-lük dollar olduğunu bilirik. Halbuki bir zamanlar okeanın o tərəfində 100 min dollarlıq kağız pullar istehsal olunub.

Bizimyol.info xəbər verir ki, 1945-ci ilə qədər ABŞ-da üzərində “1000”, “10000” yazılan əsginaslara rast gəlmək mümkün imiş.

100 min dollarlıq əsginas 100 min dollarlıq əsginas

Bir zaman kəsiyində isə sıfırların sayını artırmaq qərarına gəliblər. 1934-cü ilin dekabrında və 1935-ci ilin yanvarında 100 min dollarlıq “qızıl sertifikat” formatında meydana çıxıb. Əsginasın üzərində ABŞ prezidentlərindən biri olmuş Vudro Vilsonun şəkli yer alıb.

Amma Amerika tarixinin ən böyük əsginası sadə adamların əlinə düşə bilməzdi. Bu əsginasdan daha çox hökumət hesablaşmalarında istifadə olunurmuş. 100 min dollarlıq kağız puldan adi həyatda istifadə həm də qanunvericiliyə zidd sayılırmış. Bir müddətdən sonra 42 min nümunənin hamısı məhv edilib. İndi məlum olduğu qədər ABŞ-da heç kimdə bu əsginasdan yoxdur. Digər nominalları isə istənilən vaxt banklarda dəyişmək mümkündür.

Son xəbərlər
Bütün xəbərlər »