Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Madər Musayevin "qələbə"si ləğv olunacaqmı?

Saxtakarlar ordumuzu da aşağılamaqdan çəkinməyiblər

Artıq məlum olduğu kimi, bir sıra seçki dairələrində seçkilərin nəticələri ləğv olunub. Bunlar Hüseynbala Mirələmovun, Rauf Arifoğlunun, Hadi Rəcəblinin, Çingiz Qənizadənin lider namizəd elan edildikləri dairələrdir.

Maraqlıdır ki, həm exit-poll nəticələri, həm də MSK-nın elan etdiyi ilkin nəticələr 33, 35, 71, 80 saylı dairələdə bu şəxslərin daha çox səs topladıqlarını göstərmişdi. Ancaq Prezident İlham Əliyevin də qanunsuzluqların araşdırılması haqda göstərişi öz işini gördü. Əslində isə ləğv olunacaq dairələr daha çoxdur. Saxtakarlıq bütün ölkə üzrə baş verib. Bu, hansısa dairələr üzrə sənədləşdirilib, hansısa dairələr üzrə ola bilsin nəticələri ləğv etmək üçün formal sübutlar çatışmasın. Ancaq baş verənlərin təhlili onu göstərir ki, seçki qanunvericiliyinin pozulması miqyaslı olub. Seçki komissiyalarının sədrlərindən və üzvlərindən narazılıqlar da o qədər miqyaslı oldu ki, hətta Təhsil Nazirliyi saxtakarlıq edən müəllimləri cəzalandıracağını da dedi. Saxtakarlıq, demək olar, bütün dairələri əhatə etsə də, biz 10 saylı Binəqədi üçüncü seçki dairəsinin timsalında bunu daha qabarıq görürük. Bu dairənin məntəqələrində baş verən qanun pozuntuları, özbaşınalıqlar, Konstitusiyanın və qanunların buradan artıq 7-ci dəfə mandat oğurlayan Madər Musayevin xeyrinə total çəkildə pozulub. Madər Nusayevi 7-ci dəfə deputat etmək üçün hər cür saxtakarlığa gedildi. Hətta bu dairədə dövlətin atributlarından olan ordunu da "karusel"ə cəlb etdilər. Bu, dövlətə, orduya, Vətənə xəyanətdir. Cəmiyyətimizdə əsgərə, orduya böyük ümidlər, böyük hörmət var. Hansısa saxta yolla deputat olmaq istəyən tacir üçün bu müqəddəs dəyərlərə zərbə vuruldu. Əsgərləri sıraya düzüb bəlli namizədə səs verdirdilər. O dairədə və hərbi hissələr olan başqa dairələrdə də bunlar baş verdi. Buna şərait yaratmış hərbi komandirlər də, seçki komissiyaları üzvləri də Vətənə xəyanətdə ittiham edilməlidir. Bəli, seçki komissiyasının sədrlərinin və üzvlərinin qanunsuz hərəkətləri ciddi araşdırma və adekvat qiymət tələb edir. Yenə də həmin dairədə, baxın, 36-cı məntəqə komissiyasının sədri (dairə komissiyasının sədrinin bacanağı) dairə ərazisində qeydiyyatda olmayan çoxsaylı insanlara eyni gündə kütləvi şəkildə arayış verib, onları Madər Musayevin namizədliyini dəstəkləməyə yönəldib. Bu dairədə qanunsuzluqlarla bağlı sənədli və vizual faktlar ordan namizədliyini vermiş şəxslərin özləri tərəfindən yayılıb (Sosial şəbəkələrdə və internet resurslarında var). Həmin dairədən bir namizəd MSK qarşısında keçirilən aksiyada xəsarət də alıb (görün, nə miqyasda saxtakarlıq var) . Eyni hal 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində də baş verib. Başqa əksər dairələrdə də. Salyanda, Mingəçevirdə, Tərtərdə olanlar da hamının gözünün qarşısında baş verdi; camaat köhnə deputatları qovurdu. Bütün bu və burda sadalamaq mümkün olmayan başqa faktlar göstərir ki, hələ ləğv olunmalı, olunacaq dairələr çoxdur. Başqa halda, xalqın seçkilərə inamını qaytarmaq mümkün deyil.

Bizim Yol

Son xəbərlər
Bütün xəbərlər »