Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Çingiz Qənizadə və Rauf Arifoğludan nəticələrin ləğvi ilə bağlı açıqlama
Çingiz Qənizadə, Rauf Arifoğlu

Sabiq millət vəkili Çingiz Qənizadə bu gün Mərkəzi Seçki Komissiyasının iclasında deputat seçildiyi dairə üzrə nəticələrin ləğv olunmasına münasibət bildirib.

Ç.Qənizadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ləğv olunan məntəqələrdə hansı qanun pozuntularına yol verildiyi haqda məlumatlı deyil: “Onu deyə bilərəm ki, bu günə qədər Dairə Seçki Komissiyasına bir dənə də şikayət daxil olmamışdı. Bununla belə, bu gün MSK belə bir qərar qəbul edib. MSK-nın qərarına hörmətlə yanaşıram”.

“Yeni Müsavat” qəzetinin təsisçisi Rauf Arifoğlu deputat seçildiyi 35 saylı Xətai 3-cü Seçki dairəsinin nəticələrinin ləğv olunması ilə bağlı açıqlama verib.

R.Arifoğlu bildirib ki, komandası və seçiciləri üçün nə qədər ağır olsa da, özü bu xəbəri məmnuniyyətlə qarşılayıb.

Qeyd edək ki, MSK-nın bugünkü iclasında Çingiz Qənizadə, Rauf Arifoğlu, Hüseynbala Mirələmov və Hadı Rəcəblinin deputat seçildiyi dairələr üzrə nəticələr ləğv edilib.

Paylaş »
››› Etirazçılara zor tətbiq edən polislərə qarşı cinayət işi açıldı
››› Amerikalı professordan Paşinyana sərt cavab
››› “Fəzail Ağamalı hakimiyyəti təhdid edir”- deputatlığa namizəd
››› Daha 5 məntəqənin seçki nəticələri ləğv edilib
››› Münhen debatı karikaturalarda - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »