Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Dövlət Gömrük Komitəsinin sədri İsrail Dövlətinin Azərbaycan Respublikasındakı səfiri ilə görüşüb
Dövlət Gömrük Komitəsinin sədri İsrail Dövlətinin Azərbaycan Respublikasındakı səfiri ilə görüşüb

Fevralın 13-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Corc Dikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Yeni təyinatı münasibətilə səfiri təbrik edən Komitə sədri Azərbaycanla İsrail arasında bütün sahələrdə olduğu kimi, gömrük sferasında da səmərəli və işgüzar əməkdaşlıq münasibətlərinin qurulmasından məmnunluqla bəhs edib.

Səfər Mehdiyev son illər Prezident İlham Əliyev tərəfindən gömrük sistemində reallaşdırılan islahatların daha çevik və dinamik strukturun formalaşmasına, ölkəmizin tranzit və ixrac potensialının artırılmasına, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə şərait yaratdığını bildirib.

Dövlət Gömrük Komitəsinin sədri İsrail Dövlətinin Azərbaycan Respublikasındakı səfiri ilə görüşüb

Həyata keçirilən yeniliklər hesabına şəffaflığın, vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində uğurlu nəticələrin əldə olunduğunu qeyd edən Komitə sədri informasiya texnologiyalarının tətbiqi ilə rerallaşdırılan layihələrin sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, vətəndaş-məmur təmasının minimuma endirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına təkan verdiyini diqqətə çatdırıb.

Azərbaycanla İsrail arasında ticarət dövriyyəsinin ilbəil artdığını diqqətə çatdıran Səfər Mehdiyev gömrük orqanlarının da bu sahədə mühüm rol oynadığını bildirib. 2018-ci ildə İsrailə səfərini, keçirilən işgüzar görüşləri məmnunluqla xatırladan DGK sədri iki ölkənin gömrük orqanları arasındakı səmərəli və işgüzar münasibətlərdən bəhs edib, qarşılıqlı səfərlərin, məlumat və təcrübə mübadiləsinin əməkdaşlığın gücləndirilməsinə əlverişli zəmin yaratdığını vurğulayıb.

İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik ölkəmizdə diplomatik fəaliyyətindən məmnunluğunu ifadə edib, qarşılıqlı münasibətlərin hazırkı səviyyəsindən razılığını bildirərək əlaqələrin inkişafına gömrük orqanlarının da öz töhfəsini verdiyini diqqətə çatdırıb. İki ölkənin gömrük orqanları arasındakı əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edən səfir birgə əməkdaşlığın perspektivlərindən danışıb.

Paylaş »
››› Azərbaycanda müğənni barəsində cinayət işi açıldı
››› “Şadlıq evlərində toy eləmək daha mümkün deyil” - Deputat
››› Narazılıqla qarşılanan qərar bu gündən qüvvəyə minir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazir Bakıda intihar edən müəllim barədə paylaşım edib
Son xəbərlər
Bütün xəbərlər »