Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq: Bu seçkilərdə müşahidəçilik institutunun inkişaf etdiyini gördük

Parlament seçkiləri başa çatsa da həyəcan davam edir. MSK-nın bəzi seçki dairələrinin nəticələrini ləğv edəcəyi barədə yayılan xəbərlər, sosial şəbəkələrdə seçkilərdə qeydə alınmış qanun pozuntularını əks etdirən videogörüntülərin yayımlanması gərginliyi bir qədər də artırır.Bir çoxları bu seçkilərin insanların seçkiyə olan inamını azaltdığını deyirlər. Bir çox namizədlər onlara haqsızlıq edildiyinin iddiasındadırlar. Seçilə bilməyən namizədlərin əksəriyyəti “məğlub oldum” demir, “səslərimi oğurladılar” deyir.Parlament seçkilərini necə dəyərləndirirsiniz? Bu sualımızın cavabını politoloq, deputatlığa namizədliyini vermiş İlyas Hüseynov cavablandırır.

Qeyd edək ki, İlyas Hüseynov Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər, BAAU-nun iqtisadiyyat fakültəsinin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Hazırda BSU-nun Beynəlxalq münasibətlər kafedrasının doktorantıdır, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

- İlyas bəy, bu seçkilər Azərbaycanda seçkilərə inamı azaltdı?

-Parlamentin buraxılması Azərbaycanda 2019-cu ildə gedən köklü islahatların fonunda baş verdi və bu islahatların tərkib hissəsi idi. Parlament seçkilərinə inam çox böyük idi və buna görə çoxlu sayda insan namizədliyini verdi.Lakin seçki prosesində bir sıra neqativ hallar qeydə alındı. Biz Azərbaycanda indiyə qədər görünməmiş qədər müşahidəçilik institutunun inkişaf etdiyini gördük və müşahidəçilər neqativ hallar barədə MSK-ya məruzə etdilər. Bu seçkilər insanlarda inamı azaltdımı? Elə düşünürəm ki, bu demokratik seçkilər yolunda aparılan addımlardan biri idi. Beynəlxalq müşahidəçilər də bu seçkiləri şəffaf olduğunu qeyd etdilər. Bəzi iradlar ciddi araşdırılacaq.Bəzi məntəqlərin nəticələrinin ləğvi gözlənilir. Bəzi dairələrin nəticələri təsdiqlənməyib.Amma bu o demək deyil ki, ümumilikdə seçkilərə kölgə salmaq olar.

-Yeni parlamentdə böyük əksəriyyəti buraxılmış parlamnetin nümayəndələri təşkil edirlər. Bu dünya təcrübəsində görünübmü?

- Eks deputatların yenidən parlamentə gəlməsinə dair onu deyə bilərəm ki, buna qanunlarımız yol verir.Köhnə deputatlar üstünlük təşkil elədi və yeni simaların da əksəriyyəti gənclərdir. 44 yeni sima var. Və ümid edirəm ki, onlar həm parlament diplomatiyası həm qanun yaradıcılığı istiqamətində layiqincə təmsil edəcəklər. Son illər deputatlarımızın bəzilərinin çıxışları ümumilikdə deputatlarımızın ünvanına iradlar səslənməsinə səbəb olurdu.Ümid edirəm VI çağırış Milli Məclis öz aktivliyi, peşəkarlığı və pozitiv məqamlarla yadda qalacaq.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »