Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
35 saylı Xətai üçüncü seçki dairəsinin nəticələri ləğv edilib

MSK-nın iclasında 35 saylı Xətai üçüncü seçki dairəsi ilə bağlı daxil olmuş müraciətlərə baxılıb.

Məsələ barədə məlumat verən MSK üzvü Ramiz İbrahimov bildirib ki, Ümid Partiyasının sədri İqbal Ağazadə müraciət edərək, həmin seçki dairəsi üzrə bəzi seçki məntəqələrində pozuntuların baş verdiyini bildirib.

O qeyd edib ki, həqiqətən də bu dairənin bütün məntəqələrində bu və ya digər formada pozuntulara yol verilib.

MSK üzvü qeyd edib ki, 1 saylı məntəqənin nəticələrinə dair tərtib edilmiş protokol müşahidəçilərə verilməyib. R.İbrahimov da digər konkret məntəqələr üzrə baş vermiş pozuntuları sadalayıb.

MSK üzvü bu dairədə baş verən pozuntuların seçki dairəsində seçicilərin iradəsini ifadə etməyə imkan verməyən hallar olduğunu bildirib.

R.İbrahimov 35 saylı dairə üzrə 33 seçki məntəqəsindən 30 seçki məntəqədə seçkinin nəticələrinin ləğv edilməli olduğunu vurğulayıb və bütövlükdə dairə üzrə nəticələrin etibarsız hesab edilməsinə dair qərar layihəsi hazırlandığını bildiirb.

Qərar səsverməyə çıxarılıb və 35 saylı dairə üzrə 33 seçki məntəqəsindən 30 seçki məntəqədə seçkinin nəticələri ləğv edilib.

Bu dairədə əsas mübarizə İqbal Ağazadə və Rauf Arifoğlu arasında getmişdi. Əvvəlcə MSK Rauf Arifoğlunu qalib elan etmişdi, amma İqbal Ağazadənin şikayətləri araşdırıldıqdan sonra nəticələr etibarsız sayıldı.

Bizimyol.info

Paylaş »
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› "Qarabağla bağlı gərginlik yenidən başlaya bilər" - Andrey Manoylo
››› Novruz çərşənbələrinin vaxtı açıqlandı
››› Ənənə davam edir: Kreml sahibinin "əli olmayan" qətllər...
Son xəbərlər
Bütün xəbərlər »