Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatlığa namizəd ona hədə-qorxu gəlindiyini iddia edir

9 fevralda keçirilən növbədənkənar parlament seçkilərində qeydə alınmış deputatlığa namizəd, hüquqşünas Fərhad Mehdiyev ona hədə-qorxu gəlindiyini iddia edib.

Bizimyol.info xəbər verir ki, bu barədə hüquqşünas Fərhad Mehdiyevin özü bildirib.

Onun sözlərinə görə, ona hədə-qorxu gələn şəxs M.Hüseynzadə adına 19 nömrəli tam orta məktəbin direktoru Kərim Abididir.

“Kərim Abidinin seçkidə özbaşınalıq etdiyini göstərən videonu yayandan sonra o, mənə özələ yazıb hədə-qorxu gəlir. Deyir ki sənin başını əzəcəm. Adamdakı özbaşınalıq və qorxusuzluğa baxın ki, millətin talehini qaralamaqla qalmamış, indi də məni hədələyir. Mən sənin kimi cinayətkarlardan qorxsaydım, sakit oturmuşdum, heç adımı da bilməzdin. Onun yerinə üzr istəyib desəydi ki “bağışlayın, qanunsuz da olsa yuxarıdan gələn tapşırığa yox deyə bilmirəm, cəsarətim və vicdanım çatmır” bəlkə onu başa düşmək olardı. Heç narahat olma Kərim əfəndi. Bundan sonra 3-cü mikrorayon xalqı sənə layiq olduğun dəyəri verəcəkdir”

Qeyd edək ki, Seçki Məcəlləsinin 151-ci maddəsi isə Milli Məclisə seçkilər zamanı qeydə alınmış namizədin toxunulmazlığı ilə bağlıdır. Məcəlləyə əsasən, qeydə alınmış namizəd bu Məcəllənin 70.4-cü maddəsində nəzərdə tutulan qaydada yalnız Baş prokurorun razılığı ilə məsuliyyətə cəlb edilə bilər.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »