Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin hökuməti vətəndaşlarına başqa dövlətlərə getməyə icazə verdi

Çinin Uhan şəhərində yerli sakinlərə yeni növ koronavirusa yoluxmamaq üçün başqa ölkələrə köçürülmə icazəsi verilib.

“RİA Novosti”nin xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəsmi təmsilçisi Qen Şuan açıqlama verib.

“Çin vətəndaşları və onların xarici vətəndaş olan qohumları bir təyyarədə ölkədən çıxa bilərlər. Əgər onlar istəsələr, öz ailələri ilə şəhəri tərk etmələrinə icazə verilir”, - deyə o bildirilib.

Uhan sakinlərindən çoxu köçməkdən imtina edib, xarici vətəndaşlar öz qohumlarını qoyub getməyiblər.

Qeyd edək ki, ötən gün ərzində Uhan əyalətində 14840 virusa yoluxma faktı qeydə alınıb.

Xəstəxanalarda olan 33000 nəfərin 3441-i evə buraxılıb. Ümumilikdə 60 min adam koronavirusa yoluxub, 1360-ı isə bu virusdan ölüb.(oxu.az)

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
››› İranın buraxdığı uzaqmənzilli raketlər Hind okeanında Amerika təyyarədaşıyanının həndəvərinə düşdü
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Ermənistanın baş naziri vəzifəsinə namizəd: Ordunun bərpasına azı 2-3 il lazımdır
››› Yanvarın 18-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »