Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycana yaxın olan heç kəs Ermənistanda rahat gəzə bilməz - Video

Türkiyəli tanınmış Youtuber Ruhi Çenet Ermənistana səfər edib. Bizimyol.info xəbər verir ki,hər dəfə maraqlı videoları ilə milyonlarla insanın qəlbinə yol tapan blogger bu dəfə Ermənistan reallıqları barədə danışıb.

Ruhi Çenetin sözlərinə görə, Ermənistanla sərhədlər bağlandıqdan sonra bu ölkədə türkləri o qədər də isti qarşılamırlar. Çəkiliş zamanı onun türk olduğunu bilən polislər əraziyə əlavə polis və hərbçilər dəvət ediblər.

Polislərdən biri çəkiliş edən şəxsin türk olduğunu bilərkən “türk olmaz” deyib. Ruhi Çenetə müsahibə verən bir erməni isə türklərin erməniləri soyqırım etdiyini və onların torpaqlarını zəbt etdiyini dilə gətirib. Ruhi Çenetin buna cavab olaraq Azərbaycanın Xocalı şəhərində erməni soyqırımı barəsində sualını erməni ziyalı belə cavablandırıb: “Bunun soyqırım olub -olmamasını demək çətindir, müxtəlif fikirlər var, təsdiq edən bir fakt belə yoxdur.O zaman orda olmuş bir çox insan deyir ki, ölüm hadisələrini, soyqırımı azərbaycanlılar özləri təşkil ediblər. Bizi pis olaraq tanıtmağa ehtiyacları var idi”.

Erməni daha sonra bildirib ki, azərbaycanlılarla türklərin soyu birdir və Azərbaycana yaxın olan, qohum olan heç kəs Ermənistanda rahat gəzə bilməz.

Sonda Ruhi Çenet bunları deyib. “Təkcə İstanbulda 70 min erməni yaşayır, Hatay bölgəmizdə sırf ermənilərdən ibarət kəndlər var. Yəni ermənilər bizdə rahat-rahat yaşaya bildiyi halda mənim Ermənistanda qaldığım bir həftə ərzində hər gün qapımı polislər döydü, getdiyim hər yerdə polislər tərəfindən müşahidə altında oldum”.

Bizimyol.info həmin videonu təqdim edir:

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »