Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
REAL partiyası Bakı Şəhər İcra Hakimiyyətinə yox dedi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D18 hərəkatı və müstəqil namizədlərin paytaxt ərazisində mitinq keçirməklə bağlı müraciətinə cavab verib. Partiya BŞİH mitinq keçirmək üçün Lökbatan qəsəbəsi təklifini rədd edib.

Bizimyol.info xəbər verir ki, bu barədə REAL partiyasının sədri İlqar Məmmədov sosial şəbəkədə bildirib.

“Lökbatan təklifindən imtina etdik. 16 fevralda saat 15:00-17:00-da seçki saxtakarlığına qarşı aksiya Bakı şəhərində keçirilməlidir”,-deyə İ.Məmmədov bildirib.

İlqar Məmmədov

Partiya rəhbəri dinc, demokratik və konstitusion mitinqin olacağını qeyd edib: “Haqqı pozulmuş hər namizəd, hər müşahidəçi, hər səlahiyyətli nümayəndə və hər seçici bu dinc, demokratik, konstitusion mitinqin seçki saxtakarlığına etiraz aksiyası olduğu ilə razılaşırsa və ona iştiraka hər kəsi təşviq edirsə, mitinqin təşkilatçısıdır. Yəni bu, hamımızın aksiyasıdır - hansısa tərəfin, qurumun ya da şəxsin mitinqi deyil. Xalq olaraq bir olub tariximizin seçki saxtakarlığı səhifəsini çevirək”

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D18 hərəkatı və müstəqil namizədlərin paytaxt ərazisində mitinq keçirməklə bağlı müraciətinə cavab olaraq bildirib ki, alternativ yer olaraq mitinqin 16 fevral 2020-ci il tarixdə saat 15:00-dan 17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 may küçəsi “Neftçi" İdman Klubu İctimayi Birliyinin Qaradağ təlim-idman bazasında keçirilməsini təklif edib.

Son xəbərlər
Bütün xəbərlər »