Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qalmaqallı dairədə nəticələrə təkrar baxılacaq: “Nə hodri, nə bodri”

35-ci Xətai seçki dairəsindən namizədliklərini irəli sürmüş “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və “Ümid” partiyasının sədri İqbal Ağazadə arasında mübarizə hələ dayanmayıb.

Bizimyol.info-nun əldə etdiyi məlumata görə, MSK dairə üzrə Rauf Arifoğlunun qalib gəldiyini elan etsə də, yenidən iclas keçiriləcək və məsələyə təkrar baxılacaq. Bu barədə Rauf Arifoğlu özü də məlumat yayıb. O, “Hodri meydan!” deyərək 35-ci dairədə seçki nəticələrinin ləğvini və yenidən baxılmasını tələb edib.

“Mən bu dəfə ortada təxribatçı qadınlar, rüşvət, kloun namizədlər olmadan yarışa çağırıam. 5 dəfə seçki keçirilsə, 5 dəfə qalib gələcəyimə inanıram. Yenidən seçkinin keçirilməsini bu dəfə mən tələb edirəm”.

Bizimyol.info-ya açıqlama verən İqbal Ağazadə isə bildirib ki, Rauf Arifoğlu uduzduğunu yaxşı bilir, ona görə yendiən seçki keçirilməsini istəyir.

“Nə hodri, nə bodri. Onun ətrafında olan jurnalistlər elə məntəqədə uduzduğunu etiraf etdilər də. Ən çox aldığı səs 25 idi.5 səs, 10 səs. Mən MSK-ya da, Baş Prokurorluğa da müraciət etmişəm. Məsələyə yenidən baxılacağını eşidib, indi meydan sulayır? Mən rüşvət vermiş olsam, adım qaliblər siyahısında olmalıydı. Adam rüşvət verir ki, işi həll olunsun, vermir ki, problem yaşasın. O ki, qaldı ona qarşı təxribat törədən qadınlar məsələsinə. Əlimizdə faktlar, videolar var. Qadın ona “səni istəyirəm” demir, səni istəmirəm deyir. Bu seçici olaraq onun haqqıdır. Mən Rauf Arifoğlunu məğlub sayıram, demirəm MSK mütləq şəkildə mənim xeyrimə həll edəcək məsələni. Sadəcə, bunu hamı yaxşı bilir ki, o məğlubdur”.

Bizimyol.info

Paylaş »
››› ABŞ Rusiya neftinin qiymətini “öldürməyin” yolunu tapıb
››› Ərdoğan tələblərini İsveç baş nazirinin qarşısına qoydu
››› Azərbaycan vətəndaşları Türkiyədə kirayə tapmaqda çətinlik çəkir - Səbəb
››› Almaniya və İtaliya Rusiyadan qazı rublla almağa razılaşıb
››› Bayden bizdən nə istədi?!
››› "Ailəm mənim qərarlarıma görə ölümlə hədələnib" - İsrailin baş naziri
››› Mütəxəssislərdən "meymun çiçəyi" açıqlaması: "Ehtimalı sıfıra yaxındır"
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »