Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BTİ məktəb direktoruna xəbərdarlıq edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı Səbail rayonu 162 nömrəli tam orta məktəbdə kiçik xidmətedici işçilərin işə gəlməmələri ilə bağlı məsələyə münasibət bildirib.

İdarədən bildirilib ki, məsələ ilə bağlı daxil olmuş məlumat araşdırılıb:

“Aparılmış araşdırmanın nəticələrinə əsasən, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Səbail rayonu 162 nömrəli tam orta məktəbin direktoru Arzu Nəzərovaya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq xəbərdarlıq edilib”.

“Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi bundan sonra da hər zaman diqqət mərkəzində saxlanılacaq”, - deyə qurumdan qeyd edilib.(oxu.az)

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
››› Özünü 18-ci mərtəbədən atan qızla bağlı məlumat - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
Son xəbərlər
Bütün xəbərlər »