Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da 202 milyon dollar “cek pot” udmuş şəxsin adı anonim qala bilər
18063-0-0-000---0

“Mega Millions” lotereyasının nümayəndələri çərşənbə günü bildiriblər ki, Nyu-cersili lotereya həvəskarı 202 milyon dollar məbləğində “cek pot” udub.

Bilet çərşənbə axşamı Edisonda, “Quick Stop Food Store” mağazasında satılıb. “Mega Millions” şirkətinin icraçı direktoru Ceyms Kerinin sözlərinə görə, çərşənbə günü udulan “cek pot”a görə nağd pulla 142 milyon dollar ödəniləcək.

Keri çərşənbə günü keçirilmiş mətbuat konfransında “Quick Stop Food Store” mağazasının sahibinə 30 000 dollarlıq çek təqdim edib. Məlum olduğuna görə, əgər kimsə “cek pot” udursa, onun uduşunun müəyyən məbləği lotereya biletini satmış müəssisəyə ödənilir.

“Сek pot”un qalibinin adı açıqlanmaya bilər, çünki Nyu-Cersi ştatının qubernatoru Fil Merfinin bu ilin yanvarında imzaladığı yeni qanun lotereya biletinin qalibinin anonim qalmasına imkan verir. ABŞ ştatlarının çoxunun qanunvericiliyi uduşu alan qalibin adının açıqlanmasını tələb edir.(azərtac)

Paylaş »
››› İranda yüksək vəzifəli məmur da koronavirusa yoluxdu, ölkəni epidemiya bürüyür
››› Hakan Şükürdən 9 il sonra etiraflar: “Peşmanam...” - Video
››› Həbs edilən rayon başçısının eşşək ferması, otel və restoranları, min hektarlarla torpağı...
››› Azərbaycanda iş qurub işə düşən rus qadın: “Allahdan qorxmayanlarla üz-üzəyəm”
››› Koronavirus təhlükəsi: Azərbaycan İranla sərhəddə gömrük məntəqəsini bağladı
Son xəbərlər
Bütün xəbərlər »