Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsgəndər Həmidovun son durumu: "Həkimlər onun həyatı ilə çarpışırlar"

Tibb elmləri doktoru, professor Adil Qeybulla sabiq Daxili İşlər naziri İsgəndər Həmidovun vəziyyətinin kritik olduğu barədə məlumat yayıb.

Adil Qeybulla bildirib ki, bir neçə gün öncə Türkiyədən gələn neyrocərrah, professor Kadir Tafta ilə konsultasiya edildi və baş beyinin tomoqrafiyası müayinəsi zamanı işemik prosesin artıq beyinin hər iki yarımkürəsini əhatə etməsi müəyyən edildi.

Adil Qeybulla Adil Qeybulla

Onun sözlərinə görə, cərrahi əməliyyat və ya onun xaricə aparılması variantları məqsədəuyğun sayılmayıb:

“Aparılan müalicə sxeminə müəyyən korrektələr edildi. Hazırda hemodinamikası inotrop (dərman preparatları hesabına) dəstəkdədir, qeyri-stabildir. Mütəmadi tənəffüs pozuntuları qeyd edilir. Bir sözlə, həkimlər onun həyatı ilə çarpışırlar. Allah şəfa versin, dualarımız onunladır”. (teleqraf.com)

Paylaş »
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »