Milli Məclisə seçkilər başa çatsa da, narazılqılar səngimək bilmir. Bir çoxları hansısa dairədə seçkilərin lğıv olunması barədə xəbərlər yayırlar.
Belə xəbərlərdən biri də, deputat Hadi Rəcəblinin nəticələrinin ləğv olunması ilə bağlı oldu. Belə ki, 74 saylı Lənkəran Kənd Seçki Dairəsi bu dairədə Milli Məclisə seçkilərin nəticələrinin ləğv olunması barədə xəbərlər yayılıb.

Bizimyol.info məsələnin əsli olub–olmadığını öyrənmək üçün Hadı Rəcəbli ilə əlaqə saxlayıb. Hadı Rəcəbli yayılan xəbərləri eşitdiyini, lakin deyilənlərin əsassız olduğunu qeyd etməklə kifayətlənib. Eyni məlumatı Bizimyol.info-ya Lənkəran Kənd Seçki Dairəsindən də təsdiqiqləyiblər. Bu ərəfədə yalan və böhtan xəbərlərin yayılmasının gözlənilən olduğunu bildiriblər.
İlhamə Rəsulova